İngiltərənin “Vest Hem” klubunun mərkəz müdafiəçisi Luis Qustavo Oliveyra da Silva (Luizao) bundan sonra “Poqon”un formasını geyinəcək.
Arena.az xəbər verir ki, Polşa klubu 22 yaşlı futbolçunu bu mövsümün sonuna (2025-ci ilin 30 iyununadək) icarəyə götürüb.
Luizao Braziliyanın “San Paulo” klubunun yetirməsidir. “Vest Hem” onu 2023-cü ilin yanvarında azad agent kimi heyətinə qatmışdı. Daha çox gənclərdən ibarət kollektivin şərəfini qoruyan braziliyalı müdafiəçi Premyer Liqa təmsilçisinin əsas komandasında debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.