Luk Şou 2027-ci ilə qədər “Mançester Yunayted”də!

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Luk Şou Premyer Liqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2024-cü ilin yayında bitməli idi.

Luk Şou “Sauthempton”un yetirməsidir. O, 2011-2014-cü illər aralığında bu komandanın heyətində 67 oyunda 2 məhsuldar ötürmə müəllifi olub. İngiltərədən olan mərkəz müdafiəçisi 2014-cü ilin iyul ayında 37.5 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunub. O, həmin vaxtdan bəri “qırmızı şeytanlar”ın heyətində 249 matça çıxıb. Müdafiəçi bu görüşlərdə 4 qol vurub və 28 məhsuldar ötürmə müəllifi olub.

Şou İngiltərə millisinin də üzvüdür. O, 2014-cü ildən oynadığı əsas millidə 29 oyuna çıxıb, 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: