Futbol üzrə İtaliya milli komandasının sol cinah müdafiəçisi Luka Pelleqrini İtaliyanın “Yuventus” klubundan ayrılıb. Arena.az xəbər verir ki, Turin təmsilçisi 23 yaşlı futbolçunu Almaniyanın “Ayntraxt” klubuna icarəyə verib.
Müdafiəçi 2023-cü ilin 30 iyununa kimi Frankfurt klubunun uğurları üçün çalışacaq. Müqavilədə satınalma şərti yoxdur.
Luka Pelleqrini “Roma”nın yetirməsidir. “Yuventus” onu 2019-cu ilin yayında 22 milyon avro qarşılığında transfer edib. Gənc futbolçu indiyə qədər Turin təmsilçisində 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Pelleqrini daha öncə “Kalyari” və “Cenoa”da da icarə əsasında çıxış edib. Futbolçu İtaliyanın əsas yığmasında 1 oyun keçirib.
