Türkiyənin “Qaziantep” klubunun Şimali Makedoniyadan olan yarımmüdafiəçisi Luka Stankovski Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu da qardaş ölkədəki dəhşətli zəlzələdən sonra bu mövsümün sonunadək oynamayacağı açıqlanan bu klubu tərk etməyə qərar verib.
O, icarə əsasında Sloveniyanın “Qoritsa” klubuna keçib. Türkiyə klubu oyunçusunun bu mövsümün sonuna kimi icarədə oynayacağını açıqlayıb.
Luka Stankovski “Rabotniçki”nin yetirməsidir. O, 2022-ci ilin yayında transfer olunduğu Qaziantep təmsilçisində 11 oyuna çıxıb və 1 qol vurub. Gənc futbolçu Şimali Makedoniyanın U-21 yığmasına da dəvət alır.
“Qaziantep” digər oyunçularından Ömürcan Artan və Mustafa Burak Bozanın da “Tuzlaspor”a icarəyə verildiyini açıqlayıb. Hər iki futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
Qazianteplilər sol cinah müdafiəçisi Halil İbrahim Pehlivanla da müddəti bu mövsümün sonunda bitəcək müqaviləyə xitam veriblər. 29 yaşlı futbolçu “Rizəspor”la müqavilə bağlayıb. Daha öncə “Hacettepe”, “Gənclərbirliyi” və “Adanaspor”da da oynamış müdafiəçi, Rizə klubu ilə 2025-ci ilin yayına kimi anlaşıb.