“Bayern”in italyan sabiq hücumçusu Luka Toni münhenlilərin niderlandlı sabiq baş məşqçisi Lui van Qal haqda fikirlərini paylaşıb.
Arena.az “Reddit” portalına istinadən, Toninin bu barədə fikirlərini təqdim edir:
“O, qorxunc bir xasiyyətə sahibdir və oyunçulara yanlış yanaşma tətbiq edir. Hollandlardan ibarət yaxın çevrəsindən başqa hamı ilə o, özünü diktator kimi aparır. Bir gün komandaya dedi: “Sizin mənimkilər kimi toplarınız yoxdur” və şalvarını çıxartdı. Amma onun böyük qarnı vardı, ona görə də biz onun “toplarını” görə bilmədik”, deyə Toni xatırlayıb.
Xatırladaq ki, Luka Toni 2007-2010-cu illərdə “Bayern”in futbolçusu olub. Öz növbəsində Lui van Qal 2009-2011-ci illərdə “Bayern”in baş məşqçisi olub.