Futbol üzrə Finlandiya yığmasının və “Çelsi”nin qapıçısı Lukas Berqström İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, finlandiyalı qolkiperlə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin yayında bitəcəkdi.
London təmsilçisi daha sonra 21 yaşlı qapıçısını İsveçin “Brommapoykarna” klubuna icarəyə göndərib. Fin qolkiperin bu ilin sonuna qədər İsveç klubunda icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.
Lukas Berqström Finlandiyanın TPS klubunun yetirməsidir. O, 2019-cu ilin yanvarından “Çelsi”nin formasını geyinir. Amma finlandiyalı qolkiper indiyə qədər London təmsilçisinin əsas komandasında debüt şansı yaradılmayıb. “Zadəganlar” gənc qolkiperi daha öncə “Peterboro” klubuna da icarəyə veriblər.
Finlandiyanın U-16, U-17 və U-21 yığmalarında da oynamış Berqström 2023-cü ildə debüt etdiyi əsas millidiə 1 oyun keçirib.