Lüksemburq – Azərbaycan matçı isveçrəli hakimlərə tapşırıldı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Lüksemburq – Azərbaycan matçının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, UEFA “Emile Mayrisch” stadionunda təşkil olunacaq görüşə İsveçrədən olan hakimlərə tapşırıb.

Qarşılaşmanı Desiree Qrundbaxer idarə edəcək. Ona Mattias Sbrissa və Gillom Maire kömək edəcəklər. Anojen Kanaqasinqam isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Eş-syur Alzett şəhərində baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

AÇ-2025-in seçmə mərhələsi
6 sentyabr

Lüksemburq – Azərbaycan
Baş hakim: Desire Qrundbaxer
Baş hakimin köməkçiləri: Mattias Sbrissa, Guillom Maire
Dördüncü hakim: Anojen Kanaqasinqam (Hakimlər briqadası İsveçrədəndir).
“Emile Mayrisch”. Saat 21:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: