Lunyovun agenti: “Andrey milliyə çağırılmağa layiqdir”

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov rusiyalı qapıçının milli komandaya çağırılmağa layiq olduğunu bildirib.

Arena.az məlumat verir ki, Smirnov “Çempionat” dərgisinin müxbiri Vladimir Çetveriklə söhbətində Lunyovun Rusiya yığmasının Serbiya və Paraqvayla kollektivləri ilə yoldaşlıq oyunları üçün genişləndirilmiş heyətinə daxil edilməsini şərh edib:

“Lunyov Rusiya yığmasının genişləndirilmiş siyahısına daxil edilib, demək, bu, ona layiqdir. Mən dəfələrlə demişəm: məncə, Andrey indi ən yaxşı rusiyalı qapıçıdır. İndi RPL başlayacaq, görək qalan qapıçılar necə görünəcəklər. Müqayisə etmək çətin idi, çünki Rusiyada iki ay ərzində oyun olmayıb.
Mənim üçün Lunyovun yığmaya çağırışı təxminedilən idi. Mən bunu gözləyirdim. Düşünürəm ki, indi o, Paraqvay və Serbiya yığmaları ilə oyunlarda əsas siyahıda yer almalıdır. Elə, onun “Qarabağ”ının martın 7-də və 14-də “Bayer”lə oyunları var”, deyə Smirnov bildirib.

Rusiya yığmasının hazırlıq prosesi martın 14-15-də başlayacaq. Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvay yığması ilə Moskvada yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. 32 yaşlı qolkiper cari mövsümdə Azərbaycan çempionunun heyətində 22 oyuna çıxıb, 29 qol buraxıb, 7 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.

Andrey Lunyov daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: