Dünya futbolunun braziliyalı əfsanəsi, keçmiş mərkəz müdafiəçisi Lusio dəhşətli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir ki, veteran futbolçunun bədənin müxtəlif yerlərində müxtəlif dərəcəli yanıqlar var.
Hazırda əfsanəvi müdafiəçi paytaxt Brazilianın xəstəxanalarının birinin reanimasiya şöbəsindəndir.
Bildirilir ki, Lusionun vəziyyəti sabitdir, amma futbolçu ciddi nəzarət altındadır. 47 yaşlı braziliyalının öz evində ikən, məişətdə baş vermiş bədbəxt hadisə nəticəsində yandığı haqda məlumat var, amma məsələnin dəqiq təfərrüatı açıqlanmır.
Lusio dünya futbol tarixinin ən yaxşı mərkəz müdafiəçilərindən biri hesab edilir. Səliqəli oyunu, hərtərəfli bacarığı, taktiki dühası ilə səciyyəvi Lusio “İnternasyonal”, “Bayer”, “Bayern” və “İnter”in heyətində çıxışları ilə diqqət çəkib. Braziliya millsinin heyətində 105 oyuna çıxmış keçmiş müdafiəçi 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. O, “selesao” ilə 2002-ci il dünya çempionatının, həmçinin FIFA Konfedersiyalar Kubokunun (2005, 2009) qalibi olub.
Lusio həmçinin “Bayern”, “İnter” və “Yuventus”la müxtəlif klub qənimətlərini qazanıb, eləcə də fərdi mükafatları ilə diqqət çəkib.