Məhəmməd Amura 17 milyon avroya “Volsfburq”da

Belçikanın “Yunion” klubunun əlcəzairli mərkəz hücumçusu Məhəmməd Amura bundan sonra “Volfsburq”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Volfsburq” bu transfer üçün Belçika klubuna 17 milyon avro ödəyib.

Məhəmməd Amura 2023-cü ilin avqustundan formasını geyindiyi “Yunion”da 45 oyuna çıxıb. O, bu oyunlarda 22 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Hücumçu daha öncə “Luqano” və “Setif” kimi klubların da formasını geyinib. O, Əlcəzair yığma komandasının heyətində 27 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.