Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən “Dubai Open 2024” beynəlxalq turnirinin qalibi olub.
Arena.az xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün heç-heçə oynayıb.
9-cu turda Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.
Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı “Dubai Open 2024” turnirini qalib kimi başa vurub. Şahmatçımız həmçinin 16 000 ABŞ dolları mükafat əldə edib.
6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. O, əlavə əmsallara görə 6-cı yeri tutub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb. O, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətilə təbrik edib.