“Liverpul”un hücumçusu Məhəmməd Salah növbəti mövsümdə Çempionlar Liqasında iştirak edə bilməyəcəyi səbəbilə yaşadığı hissləri ifadə edib.
Arena.az xəbər verir ki, Misir milli komandasının da üzvü olan futbolçu “Twitter” hesabında belə yazıb:
“Mən tamamilə viranam. Buna heç bir bəraət yoxdur. Bizim növbəti mövsümdə Çempionlar Liqasında iştirak üçün gərək olan hər şeyimiz vardı. Ancaq biz uğursuzluğa uğradıq. Biz – “Liverpul”uq və səviyyəli yarışlarda iştirak üçün zəruri minimumdur. Üzr istəyirəm, ancaq hələ, ruhlandırıcı və nikbin yazı üçün tezdir. Biz sizi və özümüzü məyus etdik. Ümidləri doğrultmadıq”.
Xatırladaq ki, Premyer Liqanın sonuna bir tur qalmış “Liverpul” beşinci pilləni təmin edərək növbəti mövsümdə Avropa Liqasında iştirakını rəsmiləşdirib. Sonuncu dəfə “Liverpul” yeddi il öncə – 2016/2017 mövsümündə Çempionlar Liqasını kənardan izləmişdi.
Məhəmməd Salah 2017-ci ildə İtaliyanın “Roma” klubundan 42 milyon avro qarşılığında “Liverpul”a keçib. Misir yığmasının üzvü Premyer Liqa nəhəngində bütövlükdə 304 matça çıxıb. O, bu görüşlərdə 186 qol vurub və 78 məhsuldar ötürmə müəllifi olub.
Salah daha öncə “Roma”dan (83 oyun, 34 qol, 22 asist) başqa, “Bazel” (79 oyun, 20 qol, 17 asist), “Çelsi” (19 oyun, 2 qol, 4 asist), “Fiorentina” (26 oyun, 9 qol, 4 asist) və “Əl-Mukavulun”da (44 oyun, 12 qol, 6 asist) da forma geyinib. Salah Misir yığmasında da 87 oyuna 45 qol vurub.