Məhkəmə Robinyonun azadlığa buraxılması tələbini rədd etdi

Braziliya Ali Məhkəməsi “selesao”nun keçmiş hücumçusu Robinyonun cəza çəkdiyi həbsxanadan azadlığa buraxılması tələbini rədd edib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, qadına qarşı dəstə halında cinsi təcavüzdə ittiham edilən Robinyo təqsiri sübuta yetirilməklə 2024-cü ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbənin məlumatına görə, müdafiə tərəfi Robinyonun nəzarətə götürüldüyü zaman konstitusiya normalarının pozulduğunu israr edib. Amma məhkəmə belə pozuntular aşkar etməyib və keçmiş futbolçunun azadlığa buraxılması haqda tələbi rədd edib.

Xatırladaq ki, Robinyo 2017-ci ildə “Milan”da oynadığı vaxt, 2013-cü ildə Milanın gecə klublarının birində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi. İtaliya məhkəməsinə görə, futbolçu və onun dörd dostu, həmin gün ad gününü qeyd edən gənc alban qadını təhqir edib və müştərək zorlayıblar.

Daha əvvəl Ali Ədalət Məhkəməsi İtaliya məhkəməsinin Robinyoya qarşı çıxardığı hökmün Braziliyaya köçürülməsi ilə təsdiqlənməsinə səs vermişdi. Məhz bu qərardan sonra Robinyo Braziliyanın hüquq-mühafizə orqanları tərəfindən həbsə alınmışdı.