Məmmədyarov startda Aronyanla qarşılaşacaq

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda Ermənistan təmsilçisi Levon Aronyana rəqib olub.

Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

İki azərbaycanlı şahmatçı arasında görüş isə 13-cü tura təsadüf edəcək.

Qeyd edək ki, ilk 5 tur martın 13-də, 6-10-cu turlar martın 14-də, 11-15-ci turlar isə martın 15-də keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə martın 21-də yekun vurulacaq.

Azərbaycan şahmatçılarının bütün görüşlərinin təqvimi belədir:

1-ci tur
Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov – Aniş Giri (Niderland)

2-ci tur
Teymur Rəcəbov – Alan Piçot (Argentina)
Şəhriyar Məmmədyarov – Daniil Dubov (Rusiya)

3-cü tur
Uesli So (ABŞ) – Teymur Rəcəbov
Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov

4-cü tur
Şəhriyar Məmmədyarov – Yorden van Forest (Niderland)
Teymur Rəcəbov – Levon Aronyan (Ermənistan)

5-ci tur
Daniil Dubov (Rusiya) – Teymur Rəcəbov
Maksim Vaşye-Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov

6-cı tur
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE)
Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ)

7-ci tur
Yorden van Forest (Niderland) – Teymur Rəcəbov
Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov

8-ci tur
Şəhriyar Məmmədyarov – David Anton (İspaniya)
Teymur Rəcəbov – Maksim Vaşye-Laqrav (Fransa)

9-cu tur
Alireza Firuzca (FIDE) – Teymur Rəcəbov
Nils Qrandelius (İsveç) – Şəhriyar Məmmədyarov

10-cu tur
Aniş Giri (Niderland) – Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov – Maqnus Karlsen (Norveç)

11-ci tur
David Anton (İspaniya) – Teymur Rəcəbov
Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşi (Rusiya)

12-ci tur
Sergey Karyakin (Rusiya) – Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov – Nils Qrandelius (İsveç)

13-cü
Şəhriyar Məmmədyarov – Teymur Rəcəbov

14-cü tur
Teymur Rəcəbov – Yan Nepomnyaşi (Rusiya)
Alan Piçot (Argentina) – Şəhriyar Məmmədyarov

15-ci tur
Şəhriyar Məmmədyarov – Uesli So (ABŞ)
Sergey Karyakin (Rusiya) – Teymur Rəcəbov