Macarıstan – Fransa matçının ən yaxşı futbolçusu

AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Macarıstan – Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, Macarıstan yığmasının yarımmüdafiəçisi Laslo Klaynhaysler bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, Macarıstan – Fransa matçı 1:1 hesabıyla başa çatıb.

Laslo Klaynhaysler Xorvatiyanın “Osiyek” klubunun formasını geyinir.