Macarıstan millisinin AÇ-2024 üçün yekun heyəti açıqlandı

Bu yay keçiriləcək Avropa çempionatında (AÇ-2024) iştirak edəcək futbol üzrə Macarıstan milli komandasının heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmanın yekun heyətində 26 futbolçu yer alıb.

A qrupunda yer alan macarların heyətini təqdim edirik:

Qapıçılar: Deneş Dibuş (“Ferentsvaroş”), Peter Qulaçi (“Leypsiq”, Almaniya), Peter Sappanoş (“Pakş”);

Müdafiəçilər: Botond Baloq (“Parma”, İtaliya), Endre Botka (“Ferentsvaroş”), Marton Dardai (“Herta”, Almaniya), Attila Fiola (“Fehervar”), Adam Lanq (“Omoniya”, Kipr), Villi Orban (“Leypsiq”, Almaniya), Attila Salai (“Frayburq”, Almaniya);

Yarımmüdafiəçilər: Bendequz Bolla (“Servett”, İsveçrə), Mihayli Kata (MTK), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Laslo Klaynhaysler (“Hayduk”, Xorvatiya), Adam Nad (“Spetsiya”, İtaliya), Jolt Nad (“Puşkaş Akademiya”), Loik Neqo (“Havr”, Fransa), Andraş Şefer (“Union Berlin”, Almaniya), Kallum Staylz (“Sanderlend”, İngiltərə);

Hücumçular: Martin Adam (“Ulsan Hyundai”, Cənubi Koreya), Kevin Çobot (“Uypeşt”), Daniel Qazdaq (“Filadelfiya Union”, Amerika Birləşmiş Ştatları), Kristofer Horvat (“Keçkemeti”), Roland Sallai (“Frayburq”, Almaniya), Dominik Soboslai (“Liverpul”, İngiltərə), Barnabas Varqa (“Ferentsvaroş”).

Qeyd edək ki, iyunun 14-də start götürəcək AÇ-2024-ün oyunlarına iyulun 15-də yekun vurulacaq. Macarıstan millisinin qrupdakı rəqibləri Almaniya, İsveçrə və Şotlandiya yığmaları olacaq.