Mahir Emreli 24 dəqiqə oynadı, “Kayserispor” evdə xal itirdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, bu gün Super Liqada 28-ci tura start verilib.

Turun açılış matçında “Konyaspor” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Oyunda hesabı 24-cü dəqiqədə meydan sahibləri açıblar. Amma 45-ci dəqiqədə qonaq komanda hesaba tarazlıq gətirməyi bacarıb. Qalan dəqiqələrdə başqa qol qeydə alınmadığı üçün tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Mahir Emreli bu oyunun 66-cı dəqiqəsində meydana buraxılıb.

Bu nəticədən sonra “Konyaspor” isə 36 xalla 8-ci pillədə qərarlaşıb. “Antalyaspor” isə 29 xalla 11-cidir.

26-cı turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə Super Liqası
28-ci tur
7 aprel

Konyaspor – Antalyaspor 1:1
Qol: M.Dəmir, 24 – Rayt, 45.

8 aprel

17:00. Ankaragücü – İstanbulspor
21:30. Kasımpaşa – Trabzonspor

9 aprel

17:00. Sivasspor – Başakşəhər
21:30. Beşiktaş – Girəsunspor

10 aprel

17:00. Kayserispor – Ümraniyəspor
21:30. Fatih Karagümrük – Fənərbaxça