Mahir Emreli oynadı, “Legiya” ÇL-də növbəti qələbəsini qazandı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” komandasının heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi komanda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Estoniya “Flora”sı ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı qarşılaşma Polşa çempionunun çətin qələbəsiylə yekunlaşıb – 2:1. Mahir bu oyuna start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Legiya”nın “Flora” ilə cavab qarşılaşması iyulun 27-də baş tutacaq.