Futbol üzrə Xorvatiya çempionatında 21-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “İstra 1961” komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 21 turdan sonra 49 xalla zirvədə qərarlaşıb.