Mahir Emreli oynamadı, “Dinamo” tək qolla sevindi

Futbol üzrə Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Slaven Belupo” ilə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 1:0 hesablı qələbəsi ilə ayrılı.b

Mahir bu görüşdə iştirak etməyib. 25 yaşlı forvard zədələndiyi üçün adı matçın iştirak ərizəsinə salınmayıb.

Xatırladaq ki, Emreli bu səbəbdən Azərbaycan millisinin qarşıdakı təlim-məşq toplanışına da dəvət almayıb.

“Dinamo” 27 oyuna topladığı 57 xalla hazırda 10 kollektiv arasında 1-ci pillədə qərarlaşıb. Zaqreb təmsilçisinin ehtiyatda da bir oyunu var.