Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 10-cu tur çərçivəsində baş tutan “Lokomotiv”lə matçın iştirakçısı olub.
Zaqreb təmsilçisi bu şəhərin digər klubu ilə səfərdə qarşılaşıb. Üç qolun qeydə alındığı paytaxt derbisində sevinən tərəf “Dinamo” olub – 2:1. Mahir Emreli bu görüşün 89-cu dəqiqəsində meydana buraxılıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 10 turdan sonra 28 xalla zirvədə qərarlaşıb. Zaqreblilərin ən yaxın izləyicisi isə 17 xalı olan “Hayduk” (Split) və “Slaven” (Belupo) komandalarıdır.