Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv bu gün Super Liqanın 37-ci turu çərçivəsində “Fatih Karagümrük”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Konyalılar qarşılaşmadan heç-heçə ilə ayrılıblar – 1:1. Hesabı 40-cı dəqiqədə Konya təmsilçisinin açmasına baxmayaraq, fasiləyə qədər qonaqlar bərabərlik qolunu vurmağı bacarıblar. İkinci hissədə hesab dəyişməz qalıb.
Mahir Emreli bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. Amma millimizin üzvü nəticəyə təsir edəcək məhsuldar göstərici ilə yadda qala bilməyib.
Bu nəticədən sonra “Konyaspor” Super Liqada 19 iştirakçı arasında 50 xalla 7-ci pillədə qərarlaşıb. “Fatih Karagümrük” isə 48 xalla 8-cidir.