Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən kollektiv bu gün Super Liqanın 34-cü turu çərçivəsində “Alanyaspor” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Konyalılar bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar – 3:0.
Mahir Emreli bu görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra “Konyaspor” Super Liqada 19 iştirakçı arasında 49 xalla 6-cı pillədə qərarlaşıb. “Alanyaspor” isə 38 xalla 10-cudur.