Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən kollektiv bu gün Super Liqanın 36-cı turu çərçivəsində “Sivasspor” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Konyalılar bu oyunda məğlubiyyətlə üzləşiblər – 0:1.
Mahir Emreli bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.
Bu nəticədən sonra “Konyaspor” Super Liqada 19 iştirakçı arasında 49 xalla 7-ci pillədə qərarlaşıb. “Sivasspor” isə 40 xalla 12-cidir.