Mahir Emreli yeni mövsümdə ilk qoluna imza atdı

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Xorvatiya çempionatının 3-cü turu çərçivəsində baş tutan “İstra 1961” ilə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Məhsuldar alınan və 5 qolun vurulduğu görüş zaqreblilərin 4:1 hesablı qələbəsiylə yekunlaşıb.

Zədədən yeni qayıdan Mahir Emreli bu 81-ci dəqiqəsində meydana buraxılıb. Komandasının sonuncu qolunu da Emreli vurub. Millimizin hücumçusu 88-ci dəqiqədə fərqlənib.

Son Xorvatiya çempionu olan “Dinamo” 3 turdan sonra maksimum nəticə ilə zirvədə qərarlaşıb.