Mahir Emrelinin debütü yenə baş tutmadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Nürnberq”də debütü baş tutmayıb.

Arena.az xəbər verir ki, Mahir Emrelinin komandası 5-ci turda “Ulm”un qonağı olub.

Matç Mahirin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin futbolçusu ilk dəfə ehtiyat oyunçular skamyasında yer alıb. Amma baş məşqçi Miroslav Kloze ona bu oyunda şans verməyib.

Qeyd edək ki, bu qələbədən sonra xalını 7-yə çatdıran “Nürnberq” hazırda yaş cədvəlində 11-ci pillədə yer alıb.

Xatırladaq ki, Mahir Emreli avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Lakin azərbaycanlı futbolçu zədəli olduğundan onun yeni komandasında debütü bir qədər gecikir.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Dinamo” (Zaqreb) klublarında da forma geyinib. Hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.