Premyer Liqa təmsilçisi “Kəpəz” gənc dayaq yarımmüdafiəçisi Mahir Həsənov ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə 3 illik yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, Mahir Həsənov “Neftçi”nin yetirməsidir. O, 2022-ci ildən “Kəpəz”in formasını geyinir. Gənc futbolçu Gəncə klubunun əsas komandasında 17 oyuna çıxıb, 1 qol da vurub.
“Kəpəz” Mahir Həsənovdan əvvəl Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov və Tural Rzayevlə də yeni müqavilə bağlamışdı. Gəncə klubu Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya), İlkin Qırtımov (“Qəbələ”) və Viktor Braqanı (“Aqiya di Maraba”, Braziliya) da transfer edib.
Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə bu yay “Kəpəz”i tərk edən futbolçulardır.



