Mahir oynadı, “Dinamo” yeni mövsümdə ilk xal itkisi ilə üzləşdi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Xorvatiya çempionatının 4-cü turu çərçivəsində baş tutan “Varajdin”lə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Zaqreblilər bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıblar.

Zədədən yeni qayıdan Mahir Emreli bu qarşılaşmada fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 4 turdan sonra 10 xalla 1-ci pillədə qərarlaşıb.