Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Xorvatiya çempionatının 4-cü turu çərçivəsində baş tutan “Varajdin”lə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Zaqreblilər bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıblar.
Zədədən yeni qayıdan Mahir Emreli bu qarşılaşmada fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 4 turdan sonra 10 xalla 1-ci pillədə qərarlaşıb.