Mahir oynadı, “Legiya” ardıcıl yeddinci məğlubiyyətə üzüldü

Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qurnik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl yeddinci məğlubiyyətidir.

Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb.

15 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.