Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” bu gün İsrailin “Makkabi” (Hayfa) komandası ilə ilk matçına çıxacaq.
Arena.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və İsrail təmsilçilərinin ilk görüşü məlum səbəblərdən Macarıstanda baş tutacaq.
Krunoslav Renduliçin yetirmələri səfər oyunundan sərfəli nəticə ilə dönməyə çalışacaq.
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 1-də Bakıda baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
25 iyul
21:15. “Makkabi” (Hayfa) – “Sabah”
Hakimlər: Natan Verbumen, Matias Hillart, Ruben Vins, Uesli De Kremer (hamısı Belçika).
Kişvarda. “Kişvarda” stadionu.
Makkabi: 40. Şarif Keuof, 2. Daniel Sundqren, 44. Lorenso Simiç, 34. Aleksandr Sirota, 27. Pyer Kornud, 26. Mahmud Caber, 4. Əli Məhəmməd, 11. Lior Refaelov (k), 8. Dolev Haziza, 9. Frantzdi Pyerrot, 21. Din David.
Ehtiyat oyunçular: 13. Tomas Sultani, 6. Qadi Kinda, 16. Kennet Sayef, 17. Suf Podqoreanu, 18. Qoni Naor, 26. İlai Haqaq, 30. Abdulaye Sek, 36. Hamza Şibli, 38. David Dahan, 42. Roey Elimeleç, 55. Rami Gerson, 91. Dia Sabia.
Baş məşqçi: Barak Baxar.
Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrasabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 28. Kahim Parris, 18. Pavol Şafranko.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Ayaz Quliyev, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Neqoş Kupuşoviç.
Baş məşqçi: Krunoslav Renduliç.