“Bayern”in idman direktoru Maks Eberl Münhenin komandasının yeni baş məşqçisi Vensan Kompaninin işi ilə bağlı aralıq nəticəyə gəlib.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, alman mütəxəssisin belçikalı məşqçinin işi barədə aralıq qənaətini təqdim edir:
“Fikirlər tanışdır, amma onların həyata keçirilməsi hələ o qədər də uğurlu olmaya bilər. Başlanğıcda siz yalnız azacıq struktur əlavə etməyə başlayırsınız. Bu, ilk çətinlikdir, sonra isə həll yollarını arayıb-tapmaq istəyirsən. Bu, azacıq vaxt aparacaq”, deyə Maks Eberl vurğulayıb.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığı qoyulub.
“Bayern” geridə qalmış 2023/2024-cü illər mövsümündə böyük potensialına rəğmən, gözlənilənlərin əksinə olaraq, çıxış etdiyi bütün yarışlarda uğurzuluğa düçar olub və mövsümü qənimətsiz başa vurub.