Türkiyənin “Fənərbaxça” klubu yarımmüdafiəçisi Maks Meyer ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna almaniyalı oyunçunun karyerasını başqa klubda davam etdirmək istəməsi səbəb olub. Belə ki, Meyer İsveçrənin “Lutsern” klubuna keçib. O, yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Maks Meyer “Fənərbaxça”ya 2021-ci ilin sentyabrında Almaniyanın “Köln” klubundan gəlmişdi. Almaniyalı oyunçu həmin vaxt Türkiyə klubu ilə 2 illik müqavilə imzalamışdı. O, bu komandada cəmi 12 oyuna çıxıb və 1 qol vurub. Yarımmüdafiəçi ötən mövsümün ikinci dövrəsini Danimarkanın “Midtyulland” klubunda icarədə keçirib.
Almaniya yığmasında 4 oyuna 1 qol vurmuş Meyer, “Şalke”nin yetirməsidir. O, 2018-2021-ci illər aralığında İngiltərənin “Kristal Pelas” klubunda da iciarədə olub.
