Malkomun agenti “Yuventus”la transferə dair əlaqələri təkzib etdi

“Zenit”in hücumçusu Malkomun maraqlarını təmsil edən agenti Luis Fernando Qarsiya futbolçunun “Yuventus”la əlaqələrini təkzib edib.

Arena.az “Çempionat”a istinadən Luis Fernando Qarsiyanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Malkolmun mümkün transferi ilə bağlı “Yuventus”la heç bir əlaqəmiz olmayıb”, deyə Malkomun təmsilçisi qısaca bildirib.

Xatıldaq ki, daha əvvəl “Yuventus”un Malkoma dair təkliflə “Zenit”ə müraciət edəcəyi, ardından “Qoca sinyora”nın bu xəbərə şərh vermədiyi haqda məlumat yayılmışdı.

2022/2023 mövsümündə Malkom “Zenit”in heyətində 33 oyun keçirib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib. O, komandası ilə Rusiya çempionluğunu qazanıb və 23 qolla milli birinciliyin ən sərrast futbolçusu olub. Braziliyalı hücumçu Rusiya Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Malkom bu yaxınlarda Braziliya milli futbol komandasında debüt edib. O, Qvineya ilə yoldaşlıq görüşündə oyuna əvəzedici kimi daxil olub. “Selesao” bu oyunda 4:1 hesablı qələbə qazanıb.

“Transfermarkt” internet-portalı Malkomu 40 milyon avro məbləğində qiymətləndirir.