Malta – Rusiya matçı baş tutmaya bilər

Futbol üzrə Malta və Rusiya yığmaları arasında DÇ-2022-nin seçmə mərhələ oyununun keçirilməsi sual altına düşüb.

Arena.az xəbər verir ki, qarşılaşma baş tutmaya və ya başqa ölkədə keçirilə bilər.

Bu barədə Malta mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, Maltada pandemiya ilə bağlı bütün idman tədbirləri aprelin 11-dək qadağan olunub. Malta Futbol Federasiyası hökumətdən bu oyun üçün istisna tətbiq olunmasını xahiş edib. Lakin hələlik məsələ ilə bağlı yekun qərar verilməyib.

Qeyd edək ki, Malta – Rusiya matçı martın 24-də keçirilməlidir. Sözügedən komanda martın 27-də Slovakiyanın, 30-da isə Xorvatiyanın qonağı olacaq.