“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində baş tutan Namibiya ilə görüşün iştirakçısı olub.
Mamadu Kane start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının bu oyundakı yeganə qolunu da “Neftçi”nin futbolçusu vurub. O, 17-ci dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Amma qalan dəqiqələrdə iki qol buraxan Qvineya yığması sonda meydanı məğlubiyyətlə tərk edib – 1:2.
Qeyd edək ki, bu, Kanenin Qvineya milli komandasının heyətində vurduğu ilk qoldur.
Qvineya yığması 6 oyuna topladığı 11 xalla A qrupunda ikinci yeri tutub.