Mamadu Kane Qvineya milli komandasına dəvət olundu

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində martın 24-də Mali, 28-də isə Namibiya yığması ilə baş tutacaq oyunlara çağırılıb.

Qeyd edək ki, Kane Qvineyanın əsas milli komandasında 1 oyun keçirib.

Xəbəri istədiklərinizlə paylaşın