Mamadu Sako Fransa klubu ilə müqavilə bağladı

Futbol üzrə Fransa millisinin sabiq müdafiəçisi Mamadu Sako özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək.

Təcrübəli müdafiəçi “Monpelye” klubuna keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sako ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

PSJ-nin yetirməsi olan Sako, 6 il bu komandada oynadıqdan sonra, 2013-cü ildə “Liverpul”a keçib. O, 2017-ci ilə qədər Mersisayd komandasında top qovub. Son klubu “Kristal Pelas” olan müdafiəçi, 2017-ci ildən bəri bu komandada 75 matça çıxıb, 1 qola imza atıb.

Mamadu Sako Fransa yığmasında 29 oyun keçirib, 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: