Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Turun açılış matçında lider “Mançester Siti” doğma meydanda “Vest Hem”i sınağa çəkib və çətin qələbəyə sevinib. Bu, sözügedən komandanın Premyer Liqada ardıcıl 14-cü (bütün turnirləri nəzərə alsaq, 20-ci) qələbəsidir. “Şəhərlilər” artıq 18 oyundur çempionatda məğlubiyyət tanımır. Xosep Qvardiolanın komandası bu oyunlardan 16-sında qələbə qazanıbsa, cəmi 2 görüşü heç-heçə başa vurub.
“Vest Bromviç” “Brayton”u doğma meydanda minimal hesabla üstələyibsə, “Lids” oxşar hesabla “Aston Villa”ya məğlub olub. “Nyukasl” – “Vulverhempton” görüşündə isə qalib müəyyənləşməyib.
İngiltərə Premyer Liqası
26-cı tur
27 fevral
Mançester Siti – Vest Hem 2:1
Qol: Dias, 30. Stounz, 68 – Antonio, 43.
Vest Bromviç – Brayton 1:0
Qol: Bertli, 11.
Lids – Aston Villa 0:1
Qol: El-Qazi, 5.
Nyukasl – Vulverhempton 1:1
Qol: Laskelles, 52 – Neves, 73.
28 fevral
16:00. Kristal Pelas – Fulhem
16:00. Lester – Arsenal
18:00. Tottenhem – Bernli
20:30. Çelsi – Mançester Yunayted
23:15. Şeffild Yunayted – Liverpul
1 mart
00:00. Everton – Sauthempton