“Mançester Siti” “Arsenal”ın rekordunu təkrarladı

“Mançester Siti” futbol üzrə İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Vulverhempton”a qalib gəlib – 4:1.

Arena.az xəbər verir ki, “şəhərlilər” bununla bütün turnirlər çərçivəsində ardıcıl 21-ci qələbəsini rəsmiləşdirib.

“Mançester Siti” bu baxımdan London “Arsenal”ının əvvəlki rekordunu təkrarlayıb. “Topçular” 1998-ci ilin dekabrından 1999-cu ilin mayına qədər ardıcıl 21 qələbə qazanıblar.

Qeyd edək ki, Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti” İngiltərə Premyer Liqasında 19 oyundur məğlubiyyət tanımır. Sözügedən komanda növbəti matçını “Mançester Yunayted”ə qarşı keçirəcək.