“Mançester Siti” Çempionlar Liqasında “İnter”ə qarşı

Bu mövsümdən yeni formatda təşkil olunan UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutacaq.

Günün ən maraqlı görüşlərindən biri İngiltərədə keçiriləcək. “Mançester Siti” doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul edəcək. İspaniyanın “Jirona” klubu Fransada PSJ-nin qonağı olacaq. Almaniyanın “Borussiya” (Dortmund) komandası isə Belçikada “Brügge” ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
18 sentyabr

20:45. “Bolonya” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
20:45. “Sparta” (Çexiya) – “Zalsburq” (Avstriya)
23:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya)
23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
23:00. PSJ (Fransa) – “Jirona” (İspaniya)