“Mançester Siti” ÇL-də ingilis klublarının rekorduna imza atdı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”ə qarşı ilk oyununda qələbə (3:1) “Mançester Siti” üçün əlamətdar olub.

Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, Mançester təmsilçisi bu oyunda qələbə qazanmaqla, Çempionlar Liqasında İngiltərə komandaları arasında rekord müəyyənləşdirib.

Belə ki, sözügedən komanda Çempionlar Liqasında ardıcıl 9 oyunda qalib gəlməyi bacarmış ilk İngiltərə klubu olaraq tarixə düşüb.

“Şəhərlilər”in ingilis klubları arasında Çempionlar Liqasında ən uzun qələbə silsiləsi ötən mövsümün 2, cari mövsümn isə 7 oyununu ehtiva edir. Ötən mövsümdə “Mançester Siti” turnirin yarımfinal qarşılaşmasının cavab oyununda “Real”ı (4:0), finalında isə “İnter” məğlub etmişdi – 1:0.

Cari mövsümdə isə “şəhərlilər” qrup mərhələsində “Srvena Zvezda” (3:1, 3:2), “Leypsiq” (3:1, 3:2) və “Yanq Boyz” (3:1, 3:0) komandalarının hər birini iki dəfə məğlub ediblər.

UEFA Çempionlar Liqasında Xosep Qvardiolanın yetirmələrinin qalib gələ bilmədiyi sonuncu oyun, yarışın ötən mövsümünün yarımfinal qarşılaşmasının ilk oyununda qeydə alınıb. O vaxt “şəhərlilər” “Real”la 1:1 hesablı heç-heçə oynamışdılar.

Xəbəri sosial şəbəkələrdə paylaş: