Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin (1/16 final) cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 4 qarşılaşma baş tutub.
Günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçirilib. Madrid “Real”ı doğma meydanda İngiltərə çempionu “Mançester Siti” ilə görüşüb. Bu komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda “Real” əzmkar qələbəyə sevinmişdi. Cavab matçından da qalib ayrılan Madrid təmsilçisi 1/8 finala yüksəlib.
“Borussiya” doğma meydanda “Sportinq”i qəbul edib. İlk oyunda darmadağına sevinmiş Dortmund klubu evdə oxşar uğuru təkrarlaya bilməsə də, mərhələ adlamağı bacarıb.
PSJ Liqa 1-in digər təmsilçisi “Brest”i qəbul edib. 7 cavabsız qola sevinən Paris klubu digər Fransa təmsilçisini ÇL-dən kənarlaşdırıb.
“Yuventus” isə səfərdə PSV-nin qonağı olub. Əlavə vaxta gedən bu oyunun sonunda növbəti mərhələ sevincini yaşayan Portuqaliya klubu olub.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də təşkil olunacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
19 fevral
“Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun – 3:0
PSJ (Fransa) – “Brest” (Fransa) 7:0
Qollar: Barkola, 20. Kvaratsxeliya, 39. Vitinya, 59. Due, 64. N.Mendes, 69. Q.Ramos, 76. Mayulu, 86.
İlk oyun – 3:0
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:1
Qollar: Mbappe, 4; 33; 61 – Niko, 90+2.
İlk oyun – 3:2
PSV (Niderland) – “Yuventus” (İtaliya) 3:1
Qollar: Perişiç, 53. Saibari, 74. Flaminqo, 98 – Vea, 63.
İlk oyun – 1:2



