“Mançester Siti” Erlinq Halandı itirməkdən qorxur

İngiltərə çempionu “Mançester Siti” Norveçdən olan ulduz hücumçusu Erlinq Halandla yeni müqavilə imzalamağa çalışır.

Arena.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” hücumçuya daha uzun müddətli müqavilə təklif etmək istəyirlər.

Bu gedişdə məqsəd digər klubların, xüsusilə də Madrid “Real”nın Halandı transfer etmək cəhdlərinin qarşısını almaqdır.

Mançester klubunun rəhbərliyi ümid edir ki, komandanın mümkün “trebl”ə imza atması Halandı “Siti”də qalmağa inandırmağa kömək edəcək amildir.

Halandın həftədə təxminən 400 min funt-sterlinq maaşla hazırkı müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

2022/2023 mövsümündə norveçli qolçu “Mançester Siti”nin heyətində 52 oyunda 52 qol vurub və 9 məhsuldar ötürmə edib. Haland mövsümün “Qızıl buts” mükafatını qazanıb.