“Mançester Siti” – “Liverpul” matçının keçirilmə saatı dəyişdiriləcək

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək “Mançester Siti” – “Liverpul” oyununun keçirilmə saatı dəyişdiriləcək.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oyun saatı komandaların azarkeşlərinin əvvəlki oyunlarda nalayiq davranışları səbəbindən dəyişdiriləcək. Təhlükəsizlik üzrə yerli məsləhət qrupu komandaların Bakı vaxtı ilə saat 19:30-da oynamasına icazə verməyəcək. Görüş daha erkən vaxta, Bakı vaxtı ilə saat 14:30-a təyin ediləcək. Həmçinin bildirilir ki, “Liverpul” azarkeşləri üçün bilet kvotası azaldılacaq.

Xatırladaq ki, ötən mövsüm “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola “Liverpul” azarkeşlərinin tribunadan ona sikkə atdıqlarını, həmçinin oyundan sonra komandanın klub avtobusuna hücum etməyə cəhd etdiyini bildirmişdi.

“Mançester Siti” – “Liverpul” matçı noyabrın 25-də keçirilməlidir.

Geridə qalan 8 turdan sonra “Mançester Siti” 18 xalla 3-cü, “Liverpul” isə 17 xalla 4-cü pillədə qərarlaşıb.