“Mançester Siti” maliyyə hesabıtını açıqladı – 126 milyonluq zərər

İngiltərənin “Mançester Siti” klubu 2019/2020 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Arena.az xəbər verir ki, “şəhərlilər” koronavirus pandemiyası səbəbindən ötən mövsümü 126 milyon funt-sterlinq məbləğində xalis zərərlə başa vurub.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hesabatda qeyd olunur ki, klubun gəlirləri ötən maliyyə dövrü ilə müqayisədə 11 faiz (478.4 milyon funt-sterlinq) azalıb. Hesabata futbolçu satışlarından əldə olunan gəlirlər daxil edilməyib.

“Mançester Siti” ötən mövsümlə müqayisədə, 2020/2021 mövsümünün gəlirlə bitəcəyinə ümid edir. Hər halda klub rəsmiləri proqnozların ürəkaçan olduğunu vurğulayıblar.

Xatırladaq ki, ötən mövsüm koronavirus pandemiyasına görə İngiltərə Premyer Liqasında da fasilə yaranmış, 3 ay sonra isə azarkeşsiz bərpa olunmuşdu. Bu üzdən əksər klublar kimi, Mançester təmsilçisi də gəlirlərinin böyük hissəsindən məhrum olmuşdu.

Qeyd edək ki, “Mançester Siti” hazırda 74 xalla Premyer Liqada vahid liderdir. Xosep Qvardiolanın komandasının cari mövsümdə İngiltərə çempionu olacağı demək olar ki, heç kimdə şübhə doğurmur. Çünki “şəhərlilər”in ən yaxın izləyicisi “Mançester Yunayted”in 60 xalı var.