“Mançester Siti” möhtəşəm rekordunu təkrarladı

İngiltərə çempionu “Mançester Siti” cari mövsüm ərzində bütün yarışlarda vurduğu qolların sayını 150-yə çatdırıb.

Arena.az xəbər verir ki, “şəhərlilər” müvafiq nailiyyətə imza atmış yeganə İngiltərə Premyer Liqa klubudur.

“Siti” 2013/2014 mövsümündə 156, 2018/2019 mövsümündə 169, 2021/2022 mövsümündə isə 150 qol vurub.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında 38 oyundan 89 xal toplayaraq çempion adını qazanıb. Bu titul Xosep Qvardiolanın yetirmələrinin ardıcıl üçüncü çempionluğudur. Ötən gün “şəhərlilər” İngiltərə Federasiya Kubokunun final oyununda həmşəhərliləri “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edərək kuboka da sahib olublar. Şənbə günü, iyunun 10-da isə “Siti”ni Çempionlar Liqasının finalında “İnter”lə oyun gözləyir. Qələbə qazanacağı təqdirdə “şəhərlilər” tarixində ilk “trebl”ə imza atmış olacaqlar.