“Mançester Siti” planetin ən bahalı futbol brendidir

İngiltərənin “Mançester Siti” klubu “Brand Finance” konsaltinq şirkəti tərəfindən dünyanın ən dəyərli futbol brendi kimi tanınıb.

Arena.az xəbər verir ki, bu barədə dünya futbol brendlərinin reytinqini təqdim edən “Brand Finance” konsaltinq şirkətinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Mançester klubunun dəyəri ötən illə müqayisədə 13% artıb və hazırda 1,56 milyard dollar dəyərindədir. Son 4 ildə birinci pillənin sahibi olmuş Madrid “Real”ı hazırda 1,51 milyard dollar dəyərində qiymətləndirilir və müvafiq cədvəldə ikinci sırada qərarlaşıb.

Reytinqdə üçüncü yeri “Barselona” tutub. Kataloniya klubu 1,42 milyard dollar məbləğində qiymətləndirilir.

“Mançester Siti” mövsüm tapşırıqlarını uğurla yerinə yetirib. Xosep Qvardiolanın yetirmələri Premyer Liqanı və İngiltərə Kubokunu qazanıblar. Qarşıda – İyunun 10-da “şəhərlilər”i Çempionlar Liqasının finalı çərçivəsində “İnter” sınağı gözləyir. Qalib gələcəyi halda “Siti” “trebl”ə imza atmış olacaq ki, müvafiq uğura ingilis komandalarından yalnız Aleks Ferqyusoun rəhbərlik etdiyi “Mançester Yunayted” nail olub.

  1. Mançester Siti – 1,562 milyard dollar
  2. Real – 1,513 milyard dollar
  3. Barselona – 1,425 milyard dollar
  4. Mançester Yunayted – 1,412 milyard dollar
  5. Liverpul – 1,411 milyard dollar
  6. PSJ – 1,174 milyard dollar
  7. Bayern – 1,140 milyard dollar
  8. Arsenal – 940 milyon dollar
  9. Tottenhem – 931 milyon dollar
  10. Çelsi – 893 milyon dollar
  11. Yuventus – 655 milyon dollar
  12. Atletiko – 570 milyon dollar
  13. Borussiya (Dortmund) – 562 milyon dollar
  14. İnter – 528 milyon dollar
  15. Milan – 371 milyon dollar
  16. Vest Hem – 320 milyon dollar
  17. Nyukasl – 259 milyon dollar
  18. Napoli – 249 milyon dollar
  19. Leypsiq – 231 milyon dollar
  20. Aston Villa – 222 milyon dollar
  21. Roma – 212 milyon dollar
  22. Ayntraxt – 210 milyon dollar
  23. Everton – 205 milyon dollar
  24. Bayer – 202 milyon dollar
  25. Sevilya – 196 milyon dollar