İngiltərə Premyer Liqasının 8-ci turunun “Vulverhempton”la səfər oyunu “Mançester Siti” üçün tarixi rekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, 2:1 hesablı əzmkar qələbəni oyunun təzminat müddətində (90+5) qopara bilmiş “şəhərlilər”, klubun Premyer Liqada məğlubiyyətsizlik rekordunu yeniləyiblər.
“Mançester Siti” ardıcıl 31 oyundur ki, İngiltərə Premyer Liqasında məğlubiyyət tanımır. Sonuncu dəfə “şəhərlilər” ötən mövsümün “Aston Villa” ilə oyununda 0:1 hesabı ilə məğlub olublar.
8 turdan sonra 20 xal toplamış “Mançester Siti” Premyer Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 21 xalla “Liverpul” başçılıq edir.


