“Mançester Siti” rekordunu yenilədi

“Mançester Siti” İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində doğma meydanda “Tottenhem”i 3:0 hesabı ilə məğlub edib.

Arena.az xəbər verir ki, “şəhərlilər” bu qələbə ilə öz rekordunu yeniləyib.

Belə ki, komanda ardıcıl 6 oyundur ki, ev matçında qol buraxmadan qalib gəlir. Komanda 1992-ci ildən bəri ilk dəfədir belə uğur əldə edir. “Mançester Siti” bununla da, öz rekordunu yeniləyib.

MS 1946-cı ilin dekabrından 1947-ci ilin martına qədər keçirdiyi 7 ardıcıl ev oyununda qol buraxmadan qələbə qazanıb.